Cenevrə: Əliyev-Sərkisyan danışıqları bitdi – VİDEO
Ermənistan prezidenti Serj Sərkisyan da Cenevrədə danışıqların keçirildiyini binanı tərk edib, Ermənistanın Cenevrədəki səfirliyinə yola düşüb. Orada onun erməni diasporu nümayəndələri ilə görüşü gözlənilir.
* * *16:12
Bu dəqiqələrdə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar yekunlaşıb.
Azərbaycan prezidenti İlham Əliyev danışıqların keçirildiyi İsveçrənin BMT-nin Cenevrə ofisi və digər beynəlxalq təşkilatlar yanındakı nümayəndəliyinin binasını tərk edib. Danışqların yekununa dair hələlik tərəflərdən hər hansı şərh verilməyib.
Mənbə:> virtualaz.org