Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır » AzNews.info -Xəbər portalı

Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır – YENİLƏNİB

Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır

Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, Cenevrədə prezidentlər İlham Əliyevlə Serj Sərkisyan arasında Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayan görüş hələ davam edir.

Görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin ofisində keçirilir.

Məlumatda deyilir ki, bu danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb.

* * *14:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

“AzərTAc” xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır
Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır
Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü də planlaşdırılır

***14:32

Cenevrədə Ermənistan prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqları başlayıb.

Bu barədə özünün “Twitter” mikrobloqunda Ermənistan dövlət başçısının mətbuat katibi Vladimir Akopyan yazıb.

Görüş İsveçrənin BMT-nin Cenevrə ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyində keçirilir.

***09:54

Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçiriləcək.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşəcəklər.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *