Əliyevlə Sərkisyanın təkbətək görüşü başladı » AzNews.info -Xəbər portalı

Əliyevlə Sərkisyanın təkbətək görüşü başladı

Əliyevlə Sərkisyanın təkbətək görüşü başladı


Hazırda prezidentlər arasında təkbətək görüş başlayıb.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı hənsədri Ceyms Uorlik öz Twitter səhifəsində məlumat paylaşıb. Görüşün daha sonra geniş tərkibdə davam edəcəyi gözlənilir.

* * *13:16

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlər Serj Sərkisyanın görüşü başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat katibi Vladimir Akopyan məlumat yayıb. O, öz Twitter səhifəsində görüşün tezliklə başlayacağını yazıb.

V.Akopyan bildirib ki, İsveçrə hökumətinin qəbul evinə əvvəlcə Azərbaycan prezidenti, daha sonra isə Sərkisyan gəlib. Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Xatırladaq ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

Bu görüş təmas xətti boyu toqquşmaların yenidən şiddətləndiyi, artilleriya müharibəsinin getdiyi bir vaxtda baş tutur. Hazırda cəbhə xətti boyu gedən toqquşmalarda hər iki tərəf minaatanlardan, artilleriyadan istifadə edir. Həmçinin son günlər pilotsuz kəşfiyyat təyyarələrindən çəkilən və hədəflərin artilleriya vasitələri ilə necə vurulduğunu əks etdirən kadrlar da yayılmaqdadır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *