Cenevrədə Xocalı həqiqətlərindən bəhs etdilər
Oktyabrın 13-də Cenevrədə 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diaspor üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.
TEAS-dan Oxu.Az-a verilən məlumata görə, anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime - Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.
Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd edib ki, “Sonsuz Dəhliz” filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir.
Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.
Mənbə:> Oxu.az