Helsinkidə Azərbaycan mədəniyyət günləri keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Dünya

Helsinkidə Azərbaycan mədəniyyət günləri keçirilib

Helsinkidə Azərbaycan mədəniyyət günləri keçirilib


Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan mədəniyyət günləri keçirilib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan-Finlandiya Assosiasıyasının Kaisa Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbir çərçivəsində Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin dəstəyi ilə sərgi də keçirilib. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və bukletlər nümayiş etdirilib.

Tədbirdə çıxış edən Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağa ölkəsi ilə Azərbaycan arasında olan tarixi qardaşlıq əlaqələrindən danışıb. Səfir Türkiyənin bir qardaş ölkə kimi daim Azərbaycanın yanında olacağını xüsusi qeyd edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Demokratik Respublikasının, Dağlıq Qarabağ münaqişəsinin tarixi, müasir dövrdə ölkəmizin sürətli inkişafı barədə sənədli filmlər nümayiş etdirilib.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *