Yaponiya hökuməti tam tərkibdə istefa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

Yaponiya hökuməti tam tərkibdə istefa verdi


Avqustun 3-də Yaponiya hökuməti baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib.

AzNews.info bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr baş nazir tərəfindən qəbul edilib.

Yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.

Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.

İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla, nazirlərin yarısını dəyişməyi planlaşdırır.

Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri, baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *