İrakli Qaribaşvili istefa verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Oxu.Az-ın Qruziya Online nəşrinə istinadən məlumatına görə, o bu barədə Prezident administrasiyasında keçirilən fövqəladə brifinqdə bildirib.
“Bu gün mən baş nazir vəzifəsindən istefa verməyi qərara aldım”, - Qaribaşvili deyib.
Gürcüstan Konstitusiyasına əsasən, ölkənin baş naziri istefa verdiyi təqdirdə, hökümətin bütün üzvlərinin səlahiyyətləri avtomatik olaraq dayandırılır, və onlar öz vəzifələrini müvəqqəti icra edən olurlar.
Baş nazir vəzifəsinə ən real namizəd kimi Gürcüstan XİN-in rəhbəri Georgi Kvirikaşvili göstərilir.
Mənbə:> Oxu.Az