Ərdoğanla Davudoğlu razılığa gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu nazirlər kabineti iclasının keçirilməsinin vaxtı və forması üçün razılığa gəliblər.
ANS PRESS-in yerli mətbuat istinadən verdiyi məlumata görə, nazirlər kabinetinin iclası prezident Ərdoğanın rəhbərliyində 5 həftədən bir prezidentin rəsmi iqamətgahı olan Ağ sarayda keçiriləcək.
Nazirlər kabineti iclasının intervalı müəyyən olunarkən hökumətin “sülh prosesi” (çözüm süreci), təhlükəsizlik zirvəsi, iqtisadi kordinasiya və Milli Təhlükəsizlik Şurası toplantıları da nəzərə alınıb.
Nazirlər kabinetinin iclaslarında ölkə gündəmi ilə yanaşı hökumət və prezident administrasiyası arasında olan digər məsələlər də müzakirə olunacaq.
Xatırladaq ki, Ərdoğan prezident seçildikdən sonra ilk dəfə yanvarın 19-da Ağ sarayda təşkil etdiyi nazirlər kabinetinin iclasına rəhbərlik etmişdi.
Mənbə:> ANSPRESS