Fransa prezidentinə sui-qəsd planı
Fransa hökuməti prezident Emmanuel Makronu öldürməyi planlaşdırdığını etiraf edən şəxsə terrorçuluq ittihamları irəli sürüb.
Trend-in məlumatına görə, 23 yaşlı şəxs oyun saytlarının birində avtomat alacağını və 14 iyul paradı zamanı prezidentə sui-qəsd təşkil edəcəyini bildirib.
Qeyd olunur ki, saxlanan zaman o, polisə bıçaqla müqavimət də göstərməyə çalışıb.
Mənbə:> Virtualaz.org