PKK öldürməyi planlaşdırdığı siyasətçilərin adlarını açıqladı – SİYAHI
PKK terror təşkilatı Türkiyədə mülki vətəndaşları, təhlükəsizlik qüvvələrinin əməkdaşları və polislərlə yanaşı, onlara qarşı çıxan siyasətçilərə də sui-qəsd planı hazırlayıb.
Aznews.info Publika.az-a istinadən xəbər verir ki, terror təşkilatının liderləri onlar kimi düşünməyənləri hədəf almaq əmri verib.
İndiyə qədər bir sıra siyasətçilər qətlə yetirilib. Ötən il AKP-nin Beytüşşebap mahalının gənclər təşkilatının rəhbəri Naci Adıyaman və AKP-nin Hakkaridən millət vəkilliyinə bir nömrəli namizəd olan Ahmet Budakın öldürülüb.
Dünən Van vilayəti Özalp mahalında AKP-nin şöbə müdirinin müavini Aydın Muştu övladlarının gözü önündə öldürülüb. Dünən axşam saatlarında isə Diyarbəkirdə AKP-nin mahal şöbəsinin müdiri Deryan Aktert iş yerində PKK-çılar tərəfindən qətlə yetirilib.
Məlumatlara görə, PKK öldürməyi planlaşdırdığı siyasətçilərin siyahısını hazırlayıb.
Mənbə:> Publika.az