ABŞ-da bir ailənin altı üzvü qətlə yetirilib
Amerikanın Çikaqo şəhərində şəxsi evlərin birində ikisi uşaq olmaqla, altı nəfərdən ibarət ailə üzvləri qətlə yetirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, öldürülənlər arasında iki kişi, iki qadın və 10-12 yaşda iki uşaq olub.
İlkin məlumata görə, onlar aldıqları çoxsaylı bıçaq yaralarından və ağır əşya ilə zərbələrdən ölüblər.
Polisin məlumatına görə, ölənlər əslən Meksikadandırlar və onlar 10 ildən atırdır ki Çikaqoda yaşayırlar.
Mənbə:> Oxu.Az