Trampa qarşı sui-qəsd cəhdi olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Trampa qarşı sui-qəsd cəhdi olub – VİDEO

Trampa qarşı sui-qəsd cəhdi olub

İyunun 18-də Las-Veqasda ABŞ prezidentliyinə namizəd Donald Trampın çıxışı zamanı gənc adam polisin tapançasını ələ keçirməyə çalışaraq siyasətçiyə hücuma cəhd edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 19 yaşlı Maykl Sendford Trampdan avtoqraf almaq istədiyini deyib, amma söhbət zamanı polisin tapancasını mənimsəməyə cəhd edib.

Qayda pozanlar saxlanılıb. Siyasətçinin çıxışına bu zaman fasilə verilməyib.

Bir müddət sonra ABŞ-ın Trampı qoruyan məxfi xidməti Sendforda qarşı ittiham irəli sürüb. O, on il müddətinə azadlıqdan məhrum edilə bilər.

“France-Press” agentliyinin məlumatına görə, saxlanılan şəxs Böyük Britaniya vətəndaşıdır.

Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə faktiki namizəddir. Onun namizədliyinin rəsmi şəkildə irəli sürülməsi iyul ayında qurultay zamanı baş tutacaq. Prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *