Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərdən 11-i yaxalanıb – VİDEO
15 iyul hərbi çevrilişə cəhd günü Ərdoğanın qaldığı hotelə sui-qəsd təşkil etmək istəyən hərbiçilər bu gün tapılıb.
Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı hoteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində yaxalanıb.
Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Şirinköy məhəlləsinin vətəndaşı tərəfindən hərbçilərin yeri barədə məlumat daxil olduqdan sonra jandarma qrupu xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.
Məlumata görə, Ərdoğanın Marmarisdə qaldığı hotelə hücum təşkil etdikdən sonra qaçan qiyamçı əsgərlərdən 9-u gecə saatlarında Muğlanın Ula rayonunda, 2 fərari əsgər isə bu sabah ələ keçirilib.
Beləliklə, tutulan fərari əsgərlərin sayı 11-ə çatıb. Ələ keçirilə bilməyən sonuncu fərari əsgər Burkay Qaratəpənin isə 11 nəfərlik qrupdan ayrı hərəkət etdiyi və başqa bir bölgədə gizləndiyi iddia edilir.
Həbs olunan əsgərlər artıq paytaxt Ankaraya gətirilib və onların istintaqa cəlb olunacağı gözlənilir.
Mənbə:> Oxu.az