Hakan Fidan Ərdoğanı necə xilas etdi? – Otelə hücumun ŞOK DETALLARI – VİDEO
Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) üzvlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Muğla vilayətinin Marmaris mahalında qaldığı otelə etdiyi hücumun detalları ortaya çıxıb.
Publika.az “Star” nəşrinə istinadən xəbər verir ki, hücumdan bir müddət əvvəl qiyamçıların öz aralarında etdiyi telsiz danışıqlar Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən dinlənilib.
Dərhal hərəkətə keçən MİT rəhbəri Hakan Fidan Ərdoğanı xəbərdar edib. Ərdoğan bu xəbərdarlıqdan sonra Marmarisdə qaldığı oteldən ayrılıb.
Daha sonra Xəbərləşmə və Dəstək Komandirliyində (MAK) çalışan general Gökhan Şahin Sönməzatəş ilə MAK-ın Məktəb komandiri mayor Taner Açıqgözün rəhbərliyi ilə 2 SAT (xüsusi təyinatlılar) komandosu, 14 xüsusi təyinatlı və 15 MAK qrupundan ibarət terrorçular 6 vertolyot ilə Marmarisə gediblər.
Dörd vertolyot hücumu koordinasiya edərkən 2 vertolyot isə otel qarşısına xüsusi təyinatlılar endirib. Bu zaman oteldə qalan prezidentin mühafizəçiləri ilə terrorçular arasında qarşıdurma başlanıb.
Təxminən 20 dəqiqə davam edən qarşıdurma zamanı Muğladan xüsusi təyinatlılar və polislərdən ibarət dəstək qrupu gələrək qiyamçılarla qarşıdurmaya başlayıb. Sui-qəsdçilər hücum dəf edildiyi üçün fərqli istiqamətlərə qaçıblar.
Hücumu Gökhan Şahin Sönmezateş ilə Taner Açıqgözün idarə etdiyi bildirilir. Hücumda iştirak edənlərdən 8-i vertolyotlardan biri ilə Yunanıstanın Dedeağaç havalimanına qaçaraq sığınacaq, digər 2 vertolyot isə İzmirin Çiğli 2-ci Əsas Reaktiv Bazasına gələrək yanacaq və sursat istəyib. Bazadakı səlahiyyətlilər onların bu tələblərini yerinə yetirməyib.
Nəticədə, qiyamçılar vertolyotlardan enərək dağa qaçıblar. Hücum zamanı yaralanan kapitan Haldun Gülməz xəstəxanaya aparılarkən polis tərəfindən tutulub.
Mənbə:> Publika.az