“Formula 1”də zəncirvari qəza baş verib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, İdman, Avto, Video

“Formula 1”də zəncirvari qəza baş verib – VİDEO

“Formula 1”də zəncirvari qəza baş verib


Bakıda keçirilən “Formula 1” yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub.

Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri bolidlər isə ardıcıllıqla bir-birlərinə çırpılaraq yararsız hala düşüblər.

Nəticədə sözügedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trasdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *