Bakı trasında zəncirvari qəza
Bu gün Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə dəstək məqsədi ilə keçirilən GP2 seriyasında ikinci yürüşün on ikinci döngəsində zəncirvari baş verib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində üç pilot mübarizəni dayandırıb.
Qeyd olunur ki, bundan əvvəl səkkizinci döngədə isveçli Cimmi Eriksson (“Arden International”), onuncu döngədə isə Filo Pas Armand (“Trident”) və Norman Nato (“Racing Engineering”) trasdan çıxıblar.
Hazırda iyirmi iki pilotdan on beşi yarışı davam etdirir.
Mənbə:> Oxu.Az