“Formula-1”də ilk qəza – VİDEO
Bakıda keçirilən “Formula 1” üzrə Avropa Qran-Prisinin birinci test yürüşündə qəza baş verib.
AzVision.az xəbər verir ki, qəza trekin 15-ci döngəsində yaşanıb.
"Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib və nəticədə bolidin arxa və ön sağ təkəri sıradan çıxıb.
Xoşbəxtlikdən pilot xəsarət almayıb.
Mənbə:> AzVision.az