Bakıda zəncirvari qəza baş verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Bakıda zəncirvari qəza baş verdi

Bakıda zəncirvari qəza baş verdi


Bakının Nəsimi rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb.

Həmin yolla Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan “KIA” və “DODGE” markalı minik maşının sürücülərinin anlaşılmazlığı nəticəsində baş verən hadisə hər iki maşından əlavə “Hyundai”, “Mercedes” və “Pevgeot” maraklı avtomobillərin də qəza iştirakçısı edib.

Məlumata görə, “KIA” ilə toqquşmadan yayınmağa çalışan “DODGE”un sürücüsü maşını səkilərə çırpıb. Bu zaman onunla eyni istiqamətə olan “Hyundai” da qəzadan öz payını alıb. “KIA” isə “DODGE”a dəydikdən sonra bir neçə dəfə dövrə də vurub və daha sonra dalan yolda olan “Mercedes”ə, o isə öz növbəsində “Pevgeot”ya çırpılıb.

Qarşılıqlı ittihamlarla yadda qalan qəzanın əsl səbəbləri təyin olunan avtotexniki eksprtizanın rəyindən sonra məlum olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *