Ərəb şeyxi Trampın qızına elçi çıxdı
Səudiyyə Ərəbistanından olan bir iş adamı Trampın qızına elçi çıxıb.
AzNews.info-nun ölkə.az-a istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri müxtəlif hadisələrlə yadda qalıb.
Tramp Kral Salmanla birlikdə ənənəvi qılınc rəqsinə baxıb, sonra isə muzeyi gəzib.
ABŞ prezidentinin səfərinin ilk saatlarında zəngin bir iş adamı Kral Salmandan atasını müşayiət edən İvanka Trampa elçilik etməyi tələb edib. İvanka Tramp evlidir və iki övladı var. Səudiyyəli iş adamı isə sosial şəbəkədə video paylaşaraq qızla evlənmək istədiyini bildirib.
ABŞ-ın birinci xanımı Melaniya Tramp da eyni gündə üç dəfə paltar dəyişdirərək diqqətləri üzərinə cəlb edib. Kral Salman Trampa Səudiyyə Ərəbistanının ən ali Kral Əbdüləziz Dövlət Nişanını təqdim edib.
Mənbə:> Ölkə.az