Səudiyyə Ərəbistanda kral nazirlərin məvacibini azaldıb
Səudiyyə Ərəbistanının kralı Salman ben Abdel Əziz Əl Saud dövlət qulluqçularının, o cümlədən nazir və Məsləhət Şurasının – Məclis aş-Şuranın deputatlarının məvacibinin azaldılmasına dair bir neçə fərman imzalayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.
Bu fərmanlara görə, nazirlərin məvacibləri 20%, deputatların bonusları isə 15% azaldılacaq. Bununla yanaşı, məmurların imtiyazların da qənaət ediləcək. Belə ki, yaşayış və avtomobil üçün onlara ayrılan maddi vəsait 15% azaldılacaq.
Məvaciblərin azaldılması həm Səudiyyə vətəndaşlarına, eləcə də bu ölkədə çalışan xarici vətəndaşlara şamil ediləcək. Səudiyyə Ərəbistanı ilk dəfə idi ki, belə addım atırdı, səbəb neftin qiymətinin ucuzlaşmasıdır.
Səudiyyə Ərəbistanın KİV-nin məlumatına görə, dövlət məmurlarının məvacibi ölkə büdcəsinin 50%-nə yaxın vəsaiti təşkil edir.
Mənbə:> Oxu.az