KİV: Trampın qızı Buş-kiçiyin komandasından məmurları öz ətrafında toplayır
ABŞ prezidenti Donlad Trampın qeyri-rəsmi köməkçisi olan İvanka Tramp, Corc Buş-kiçiyin administrasiyasından olan məmurları öz komandasına toplayır.
Oxu.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın 43-cü prezidentin kadr məsələləri üzrə assistenti olan hazırki müşaviri Dine Pauell ilə yanaşı, İvanka Tramp, həmçinin Buş-kiçiyin prezidentliyi dövründə Təhsil Naziri olan Marqaret Spellinqin yanında çalışan Culi Redfordu da işə qəbul edib.
Redford İvanka kimi üç uşaq anasıdır, o cari ilin fevralında işə başlayıb.
Mənbə:> Oxu.Az