Donald Trampla İlham Əliyev arasında telefon danışığı: İvankanın iştirakı ilə… » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Donald Trampla İlham Əliyev arasında telefon danışığı: İvankanın iştirakı ilə…

Donald Trampla İlham Əliyev arasında telefon danışığı: İvankanın iştirakı ilə…


ABŞ prezidenti Donald Trampın sevimli qızı İvanka Trampa Ağ evdə xüsusi kabinet ayrılacaq və o, atasının qeyri-rəsmi müşaviri kimi fəaliyyətə başlayacaq. Habelə dövlət sirri sayılan məlumatlara çıxışı olacaq, ancaq maaş almayacaq və dövlət qulluqçusu statusu daşımayacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə Amerika KİV-lərinə istinadən “Rossia Today” bildirir. Hüquqşnüas Ceymi Qorelik deyib ki, İvanka Trampın görən gözü, eşidən qulağı olacaq, ona müxtəlif məsələlərdə məsləhətlər verəcək.

İvanka atası ilə çoxdan işləyir. O, “Trump Organization” şirkətində işə başlayıb, Trampın apardığı “Namizəd” teleşousunda partnyor olub, daha sonra atasının seçki kampaniyasında fəal iştirak edib. İvanka deyir ki, onun Ağ evdə oturmasında qəbaəhət heç nə yoxdur. Qız əlavə edir ki, dövlət qulluqçuları üçün davranış qaydalarına əməl edəcək. Lakin tənqidçilər deyirlər ki, İvankanın Ağ evdə oturması və qeyri-rəsmi müşavir statusu daşıması Trampın prezidentliyi ilə bağlı etik məsələlər haqda suallar meydana çıxaracaq. Artıq İvankanın əri Cared Kuşner Trampın rəsmi müşaviridir.

Donald Trampla İlham Əliyev arasında telefon danışığı: İvankanın iştirakı ilə…


Digər tərəfdən tənqidçlər deyirlər ki, İvanka hələ bizneslə məşğuldur, onun özünün geyim və bər-bəzək biznesi var.

Lakin tənqidlərə baxmayaraq İvanka atası prezident seçiləndən bəri onun siyasi fəaliyyətində yaxından iştirak edir. Məsələn, bu günlərdə İvanka Vaşinqtonda Almaniya kansleri Angela Merkellə Donald Tramp arasındakı görüşdə Merkelin yanında oturmuşdu və söhbətdə iştirak edirdi.

Donald Trampla İlham Əliyev arasında telefon danışığı: İvankanın iştirakı ilə…


Habelə İvanka Tramp atasını Yaponiya baş naziri Sindzo Abe ilə görüşdə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarında müşaiyət edib. Habelə Trampın Azərbaycan prezidenti İlham Əliyevlə və Argentina rəhbəri Maurisio Makri ilə telefon söhbətinə qatılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabrında Trampın prezident seçilməsindən sonra onunla telefon danışığı aparıb və seçkilərdə qələbə münasibətilə təbrik edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *