İrəvanda yanıldılar: Putinlə Əliyev bir-birini yarım sözdən anlayır... » AzNews.info -Xəbər portalı

İrəvanda yanıldılar: Putinlə Əliyev bir-birini yarım sözdən anlayır...

İrəvanda yanıldılar: Putinlə Əliyev bir-birini yarım sözdən anlayır...

Azərbaycan özünün düşmən qonşusu ilə çoxillik və az qala əbəbi hibrid müharibəsində əhəmiyyətli qələbəyə nail oldu. Bloqsferada populyar olan, son vaxtlar sözün hərfi mənasında Qarabağdakı işğalçı rejimin beynəlxalq səviyyədə tanınması ideyasına cəlb olunan Aleksandr Lapşinin həbsi, daha sonra ekstradisiya olunması mühüm siyasi və hüquqi presedent yaratdı - Azərbaycan hakimiyyətinin icazəsi olmadan işğalçı rejimin nəzarətində olan ərazilərə səfər etmək ağlagəlməz nəticələrə səbəb ola bilər.

Əlbəttə, ölüvay Lapşin heç də böyük ilahə Monserrat Kabalye deyil və o, ümumdünya şöhrətinə malik deyildi. Daha çox ondan sonra məşhurlaşdı ki, Minksdə onu saxladılar. Ancaq blogerin, yazı-pozu adamının həbsi müəyyən dərəcədə beynəlxalq rezonans yaratdı. Diqqət yetirin, ilk dəfədir blogerin, ifadə azadlığı ilə bağlı olan birinin həbsinə yarımcan halda olan beynəlxalq liberal institutlar tənbəl reaksiya verdilər. İndiki halda bu yeni dünya düzəninin formalaşması, Avropa dəyərlərinin devalvasiyası ilə bağlı deyil. Daha çox onunla bağlıdır ki, Lapşin qonşusu ilə müharibə vəziyyətində olan ölkənin qanunlarını kobud şəkildə pozub. Yəni qərbi avropalıların təkrarlamağı xoşaldıqları kimi bu, Azərbaycan hakimiyyəti üçün həssas məsələdir. Bu məsələ tək vətəndaş hüquqları və azadlıqları deyil, sırf siyasidir, daha dəqiqi etnosiyasidir.

İrəvanda yanıldılar: Putinlə Əliyev bir-birini yarım sözdən anlayır...


Deyək ki, Azərbaycanda hansısa blogerin həbsi müxalifət tərəfindən söz azadlığına qəsd kimi təqdim ediləndə bu, heydən düşmüş, kiçik sosial qrupda müəyyən deyinmələrə səbəb ola bilər. Lapşinin cəzalandırılması isə məsələnin etnosiyasi tərəfini nəzərə alanda bütün Azərbaycan cəmiyyətinin dəstəyini qazandı. Bakıdakı hətta ən laqeyd pasifist və qloballaşma tərəfdarı belə Lapşinin həbsini pisləməz, axı bu, Azərbaycanın ən başlıca probleminə qarşı çağırış kimi qiymətləndirilərdi. Lapşin isə Katolikosun özündən daha çox qriqorian olmuşdu. O, 88-ci illərin Teatr meydanının şüarlarını səsləndirməyə başlamışdı, hansı ki, bu şüarlar heç İrəvanın özündə də populyar deyil. Orada müxalifət liberal Ter-Petrosyanın qismində seçkilərə “Qarabağda sülh!” şüarı ilə gedir. Ona görə də, Lapşinin dəstəklənməsi bütün ölkəyə qarşı çıxmaq kimi dəyərləndirilərdi. Yarımcan liberal institutlar bu həqiqəti başa düşdülər və rus blogerin qalmaqallı çıxışlarının üstündən sükutla keçdilər.

Belə olanda yeganə ümidi Lapşin olan Ermənistan hökuməti Rusiya ilə Azərbaycan arasında qarşıdurma illüziyası yaratmağa çalışdı. Heç demə, Rusiya öz vətəndaşlarıını darda qoymaz və fövqəldövlət Lapşinin, Jirinovskinin ifadəsi ilə desək, “parçalanmaq üçün Bakıya verilməsinə” yol verməyəcək. Hərçənd ki, Lapşin şalvarının cibində iki başqa pasport da gəzdirir - Ukrayna və İsrail pasportları. Ancaq Sərkisyanın aqrotəbliğatı gözəl başa düşür ki, bu ölkələrin məsələyə müdaxiləsi ətrafında spekulyasiya qurmaq məntiqsizdir və nəticəsizdir.

İsrail Azərbaycanın təkcə hərbi-siyasi müttəfiqi deyil, eyni zamanda, yarıteokratik ölkədir. Orada vətəndaşların siyasi azadlıqları kimi emefer dəyərlərə ənənəvi və olduqca şərti yanaşırlar. Ukraynaya gəldikdə isə, Lapşinin həbsi bu ölkə üçün Avdeyevkada döyüşlərin getdiyi günlərdə ən yaxşı bayrama və hədiyyəyə çevrildi. Manipulyasiya üçün göydən düşmə alətə.

Bax, buna görə də, erməni təbliğat maşını bütün diqqətini “Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə” yönəldi. Ancaq tezliklə bu siyasi kombinasiya da boşa çıxdı. XİN-in, Kremlin xeyli təmkinli reaksiyası İrəvanı xeyli qayğılandırdı. Şübhəsiz ki, Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Və bu müttəfiqlik hərbi-siyasi razılaşmalardan irəli gələn öhdəliklərlə möhkəmləndirilib. Lakin İrəvan gərək yaddan çıxarmsın ki, Azərbaycan da Rusiyanın yaxın müttəfiqidir. Və qardaş, dost rus xalqı ilə strateji tərəfdaşlıq rəsmi Bakının xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biridir. Rusiyanın Azərbaycanla müttəfiqliyi isə prezidentlər Putinlə Əliyevin şəxsi dostluğu, bir-birlərini mütləq şəkildə başa düşməsi üzərində qurulub. Postovet məkanında siyasi sistemin olduqca fərdiləşdiyini nəzərə alanda (siyasi ideologiyaların böhran yaşadığı əsrdə başqa necə olasıydı ki?!) millətlərin liderlərinin əsl və möhkəmdostluğu hərdən bir dəstə kağız üzərində həkk olunan mürəkkəbdən o yana getməyən, tutaq ki, erməni cəmiyyətində qəbul olunmayan yazılı sazişlərdən daha möhkəm olur.

İrəvanda yanıldılar: Putinlə Əliyev bir-birini yarım sözdən anlayır...


Putin və Əliyev, bu iki parlaq siyasi lider bir-birini yarım sözdən də anlayır, onlar iki dövlət arasında münasibətlərdə elə harmoniya yaratmağa nail olublar ki, hansısa bir neçə yüz ildən sonra Rusiya azərbaycan cəmiyyətində təhlükə mənbəyi kimi yox, xarici dayaq nöqtəsi kimi qəbul olunur.

Bundan əlavə, Yeltsin dövrünün təlatümlərindən sonra dirçəlmiş Rusiyanın artan beynəlxalq rolu və qlobal gücü regional təhlükəsizlik sistemini gücləndirib ki, Azərbaycan rəngli inqilabların xaricdən idxalı və müdaxilələri qarşısında bunda maraqlıdır və bu baxımdan Rusiya region ölkələrinin təkamül yolu ilə (qeyri-inqilabi) inkişafının şəksiz qarantına çevrilib. Bəzən Ermənistanda unudurlar ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayaraq, rəsmi Bakının suveren hakimiyyətinin möhkəmlənməsi üçün hər şey edir.

Kimsə jurnalistin Lavrova – formal olaraq Ermənistanla müttəfiq ölkə statusunda olan dövlətin XİN başçısına ünvanladığı axmaq və yersiz sualla bağlı yaranmış permanent qalmaqalları xatırlaya bilər. Belə ki, xarici işlər naziri, ola bilsin ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyumasını arzulayan kabinetlərdə hazırlanmış bu cür təxribatlara formal cavab verə bilməz.

Tezliklə rəsmi Minskin bəyanatı ilk baxışdan asan görünməyən Lapşin işində son nöqtəni qoydu. Belarus Baş Prokurorluğunun bəyanatı isə qüvvəsizliyindən və gücsüz qızğınlığından azğınlaşmış Ermənistan rəhbərliyini büsbütün mat qoydu – sən demə, nə Rusiya, nə də İsrail Lapşinə görə Minskə heç müraciət də etməyiblər. Lapşin yalnız Azərbaycana lazım idi ki, hamıya, ilk növbədə, Ermənistana göstərsin ki, öz Qarabağı uğrunda güzəştsiz və qərarlı iradəyə malikdir. Yerevanda bu həqiqəti nə qədər tez anlasalar, sabahkı günümüzü qurmalı olan yeniyetmələrin qanının hələ də axıdıldığı torpaqlarda sülh bir o qədər tez bərqərar olacaq...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *