Rusiya ombudsmanı blogger Lapşinə dəstək verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Rusiya ombudsmanı blogger Lapşinə dəstək verdi

Rusiya ombudsmanı blogger Lapşinə dəstək verdi

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova bəyan edib ki, blogger Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi yolverilməzdir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ombudsmanın saytında məlumat verilir.

“Hesab edirəm ki, Rusiya və Belarus İttifaq dövlətinin ərazisindən müstəqil jurnalist Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi yolverilməzdir”, - o qeyd edib.

Onun sözlərinə görə, RF Konstitusiyasında müəyyən edilib ki, Rusiya vətəndaşı Rusiyadan xaricə və ya digər dövlətə təhvil verilə bilməz.

“Rusiya XİN-dən və digər rəsmi qurumlardan öz mövqeyimə dəstək almışam”, - Moskalkova bildirib.

Qeyd edək ki, yanvarın 20-də yayılan məlumata əsasən, Belarus Baş Prokurorluğu blogger Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A.Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *