Putin xüsusi xidmət orqanlarına tapşırıq verdi
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra terrorçuluqla mübarizədə bütün istiqamətlərdə intizam göstərmək lazımdır.
TASS xəbər verir ki, bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Milli antiterror komitetinin əlaqələndirici rolu yüksək səviyyədə qalmalıdır. Bundan sonra da, bütün antiterror istiqamətlərində dəqiq və düzgün hərəkət etmək vacibdir”, - prezident deyib.
Putin təhlükəsizlik orqanlarına terror aktlarının qarşısını almaq üçün hər an hazır olmalarını tapşırıb. Rusiya liderinin sözlərinə görə, internetdə, xüsusi ilə sosial şəbəkələrdə irqçilik və ksenofobiyanın təbliğatına qarşı mübarizəni gücləndirmək lazımdır.
Mənbə:> TASS