Poroşenko Putin ilə danışmaq istəyir
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna liderinin saytında məlumat yayılıb.
XİN-ə Almaniya və Fransa rəhbərliyi ilə üçtərəfli Normand formatında telefon danışığının təşkil edilməsi və ABŞ vitse-prezidenti Cozef Bayden və Avropa Şurasının prezidenti Donald Tusk ilə danışıqlar üçün sorğunun göndərilməsi də tapşırılıb.
XİN rəhbəri Pavel Klimkinə Ukraynanın BMT-nin yanında missiya rəhbərliyinə Təhlükəsizlik Şurasında konsultasiya aparılması və hadisələrin gedişatı barədə məlumatlandırma tapşırılıb.
“ATƏT-in Xüsusi monitorinq missiyasına müraciət etmək Krım ilə sərhəddə maksimal dərəcədə qurumun müşahidəçilərinin iştirakını gücləndirmək və Rusiya tərəfindən işğalçı qoşunlardan ATƏT-in Xüsusi monitorinq missiyasının nümayəndələrinin Krımdakı obyektlərə girişinin təminatını tələb etmək lazımdır”, - Poroşenko bəyan edib.
Mənbə:> Oxu.Az