Bayden: Poroşenko ilə arvadımdan çox danışıram
ABŞ-ın vitse-prezidenti Co Bayden Kiyevdə keçirilən brifinqdə zarafat edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ilə öz arvadından çox danışır, Oxu.Az UNİAN-a istinadən xəbər verir.
“Mən son 2 ildə cəmi 4 dəfə ölkənizdə olmuşam. Lakin biz telefonla min saatdan çox danışmışıq. Mən prezidentlə arvadımdan çox birbaşa danışmışam. Yəqin, hər ikimiz bu barədə təəssüflənirik”, - deyə, o, bildirib.
Bayden Kiyev səfəri zamanı Ukraynaya ABŞ-dan əlavə 190 mln. dollar maliyyə yardımı vəd edib.
73 yaşlı Bayden 2009-cu ildən müəllimə Cill Baydenlə ailə qurub. Cill Bayden rəsmən ABŞ-ın ikinci xanımıdır.
Mənbə:> Oxu.Az