Putin Rusiyanın Ebola virusuna qarşı dərman icad etməsindən xəbər verdi
Rusiya Ebola virusuna qarşı dərman qeydiyyatdan keçirib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə prezident Vladimir Putin hökümət nümayəndələri ilə görüşdə bildirib.
“Bizim yaxşı xəbərimiz var. Mən səhiyyə nazirini bu barədə ətraflı bəyanat verməsini xahiş edəcəm. Biz Ebola virusuna qarşı dərman qeydiyyatdan keçirmişik. Müvafiq yoxlamalardan sonra bu dərman bundan əvvəl tətbiq olunan dərman preparatlarından daha yüksək təsirə malik olduğunu göstərib”, - dövlət başçısı qeyd edib.
Mənbə:> Oxu.Az