Qonşu ölkədə Ebola həyəcanı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Dünya

Qonşu ölkədə Ebola həyəcanı

Qonşu ölkədə Ebola həyəcanı


Rusiyada bir nəfər ebola virusuna yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, həmin şəxs “Beynəlxalq qırmızı xaç” yardım cəmiyyətinin bir müddət Seneqal və Qvineyada işləmiş əməkdaşıdır. Həmin kişidən götürülən qan analizi bazar günü Novosibirskdəki laboratoriyaya göndərilib.

Məlumata görə, o, Moskvaya gələn zaman təyyarədə qızdırması qalxıb və qəfildən özünü pis hiss edib. Bundan sonra həmin sərnişin təyyarənin quyruq hissəsində başqalarından təcrid edilib. Rusiyanın səhiyyə nazirliyinin əməkdaşı bildirib ki, təyyarədəki bütün sərnişinlər müayinə edilib və evlərinə buraxılıblar. “Onlar bir müddət yaşadıqları ərazinin həkimlərinin nəzarətində olacaqlar”.

Qeyd edək ki, Ebola virusuna 22,1 min insan yoluxub. Onların 8,8 min nəfəri artıq ölüblər. Ən böyük itki Liberiyadadır - 3,7 min nəfər. Serra-Leonedə 3,2, Qvineyada isə 1,9 min insan bu virusa yoluxaraq ölüblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *