“Ebola”ya görə sərhəd bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Dünya

“Ebola”ya görə sərhəd bağlandı

“Ebola”ya görə sərhəd bağlandı


AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Mavritaniya hakimiyyət nümayəndələri bildiriblər.

Onların sözlərinə görə, hökumət Mali və Mavritaniya arasında sərhəddə bütün keçid məntəqələrinin bağlanmasına göstəriş verib.

Malinin səhiyyə nazirliyi qonşu Qvineyadan gələn iki yaşlı qızda Ebola virusunun aşkarlanması barədə cümə axşamı bəyan edib. Cümə günü məlum olub ki, qız ölüb.

Bundan öncə Ümumdünya səhiyyə təşkilatı (ÜST) Malidəki vəziyyəti "fövqəladə vəziyyət" kimi qiymətləndirib, qorxaraq ki, iki yaşlı qız öz səyahəti zamanı ölkədə böyük sayda insanları yoluxdura bilərdi.

İlkin araşdırma çərçivəsində onunla təmasda olan 43 nəfəri, o cümlədən 10 tibb işçisini müəyyənləşdirmək mümkün olub. Onların hamısı təcrid olunublar.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *