Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində! » AzNews.info -Xəbər portalı

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Azərbaycan strateji müttəfiqi ilə strateji tərəfdaş arasında; Kremlin münaqişənin həllində şəriksiz moderatorluq iddiası onu Ankara ilə münasibətləri ilıqlaşdırmaq zorunda qoyur; Ərdoğanın sülh məktubuna Putinin verəcəyi cavab Qarabağ və müharibə məsələsinə də işıq sala bilər, çünki…
Bu günlərin ən sensasiyalı olaylarından biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi təbrik məktubu sayıla bilər. Xəbər verildiyi kimi, məktubda Ərdoğan rus xalqını Rusiya Günü münasibətilə təbrik edib və "yaxın vaxtlarda Moskva-Ankara münasibətlərinin layiqli səviyyəyə çatmasını” arzulayıb.

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Məktubun tonu isə xüsusi diqqət çəkir. Sitat: "Çox hörmətli cənab prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibətilə təbrik edirəm. Eləcə də Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram”.

Türkiyə baş naziri Binəli Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedyevə eyni məzmunlu təbrik məktubu göndərib.

Siyasi müşahidəçilər bu faktı ötən il noyabrın 24-də "Su-24″ təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda Ankaranın Moskvaya ən böyük barışıq jesti hesab edirlər. Üstəlik, belə bir jest münasibətlərin qaydaya salınmasında Azərbaycanın vasitəçi olmaq məsələsinin gündəmə gəldiyi vaxtda edilir. Hətta iddia var ki, artıq barışıq üçün ”Yol xəritəsi” də hazırdır.

Yada salaq ki, Türkiyədə nəşr olunan "Bir gün” qəzeti Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevdən və Belarus prezidenti Aleksandr Lukaşenkodan Putinlə münasibətləri düzəltmək üçün vasitəçilik etməyi xahiş etdiyini yazıb. Demək, Moskva ilə əlaqələrin normal məcraya düşməsində Ankara səmimi şəkildə maraqlıdır. Bunu həmçinin ondan görmək olar ki, rus təyyarəsinin vurulmasında "əsas suçlu olan” keçmiş baş nazir Əhməd Davudoğlu da artıq öz vəzifəsində deyil.

***

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Bəzi analitiklərə görə, Türkiyə ilə münasibətləri korlanan Avropa Birliyi Rusiyaya da sanksiyalar tətbiq elədiyindən, Moskva və Ankaranı həm də bu ortaq məsələ bir-birinə yaxınlaşdırır - "mehriban düşmənlər” kimi. İstənilən halda Rusiya və Türkiyənin küsülü qalmasının ən çox onların özünə ziyanlı olduğu artıq şəkk-şübhə doğurmur. Bu üzdən Bakının mümkün vasitəçiliyi də heç vaxt olmadığı qədər əhəmiyyət kəsb etməkdədir.

Görünən həm də odur ki, Türkiyə Rusiyadan üzr istəməyə də hazırlaşmır, sadəcə, hər iki tərəfə hava-su təki lazım olan barışıq yolları arayır. Türkiyə uzağı, təyyarəçinin vurulmasına görə üzr istəyə bilər, təyyarəyə görə yox. Çünki təyyarənin vurulması sərhəd pozuntusuna görə idisə, təyyarəçinin vurulması artıq yanlış qərar sayılır: beynəlxalq hüquq və humanizm nöqteyi-nəzərindən pilot əsir götürülməli idi.

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Türkiyənin üzr istəməyəcəyini dünən iqtisadiyyat naziri Nihad Zeybəkçi də təsdiqləyib. Nazir jurnalistlərə açıqlamasında Rusiyaya kompensasiya verilməyəcəyini də bildirib: "Rusiyadan üzr istəmək kimi bir niyyətimiz yoxdur və belə şey ağlımızdan da keçmir. Lakin ”Su-24″ün vurulması və sonra baş verənlər təbii ki, üzücüdür”.

***

Türkiyə-Rusiya münasibətlərinə dəxli ola biləcək daha bir mühüm olay barədə. Bu arada Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında görüşün iyunun 20-də Sankt-Peterburqda keçiriləcəyi xəbəri yayılıb. Növbəti yüksək səviyyəli görüşün öncəki Vyana təmasından əsas fərqli özəlliyi isə odur ki, Moskva onu ATƏT-siz, Minsk Qrupu həmsədrləri və Qərbin iştirakı olmadan təşkil eləməyi planlaşdırır. Yəni faktiki surətdə hamıya mesaj vermək istəyir ki, Qarabağ məsələsində aparıcı söz sahibi, yeganə moderator və dominant ölkə məhz odur – Rusiya.

Doğrudan da belədir və aprel döyüşlərində, atəşkəsin əldə olunmasında bunu gördük. Son olaraq isə prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Angela Merkel etiraf elədi ki, Moskva məsələdə həqiqətən həlledici rola sahibdir. Bu, bir yandan yaxşıdır, ikinci yandan – pis. Yaxşıdır ona görə ki, Kreml istəsə, problemi qısa zamanda yoluna qoya bilər. Arzuolunmazdır o səbəbə ki, Rusiya konfliktdən öz maraqları naminə rahat şəkildə sui-istifadə edə, status-kvonu uzada bilər. Necə ki, uzadır.

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Lakin Kremlin bu məsələdə təkbaşına vasitəçilik və şəriksiz moderatorluq iddiası önündə ciddi bir əngəl var – Türkiyə. Rusiya istəsə də, istəməsə də Qarabağla bağlı planları onu bölgənin digər supergücü, NATO üzvü Türkiyə ilə münasibətləri ilıqlaşdırmaq və əməkdaşlıq etmək zorunda qoyur. İki dövlətin qarşılıqlı iqtisadi maraqları öz yerində, iş ondadır ki, Qarabağ məsələsində Türkiyənin maraqları nəzərə alınmadan Rusiyanın uzaq perspektivə hesablanmış regional maraqları, o sırada sülhməramlı qüvvələrlə bağlı hədəfi təmin edilə bilməz.

Hər necə olmasa, Azərbaycan Türkiyə ilə daha isti və təbii strateji əlaqələrə malikdir, nəinki Rusiya. Həmin isti əlaqələrə korlanan Moskva-Ankara münasibətləri də neqativ təsir göstərə bilməyib – əksinə, iki qardaş ölkənin əməkdaşlığı, o cümlədən hərbi sahədə əməkdaşlığı bu dövrdə daha da güclənib və dərinləşib. Bunu Kremldə yaxşı bilirlər.

Odur ki, Ərdoğanın barış məktubuna Putinin verəcəyi cavabın Dağlıq Qarabağ probleminə, regionda yeni müharibə məsələsinə də birbaşa dəxli olacaq. Cavab neqativ olsa, bu, o anlama gələcək ki, Rusiya həqiqətən münaqişənin həllində heç bir ciddi dönüşdə maraqlı deyil və status-kvonun qalmasını istəyir…

***

Qarabağ düyünü və Rusiya-Türkiyə barışı – Bakı iki konfliktin episentrində!


Beləcə, Azərbaycan ətrafında olduqca həssas və maraqlı bir situasiya yaranıb. Rəsmi Bakı indi hər iki konfliktin episentrində dayanmış kimidir – həm Qarabağ, həm də Ankara-Moskva barışığı məsələsində onun rolu və məsuliyyəti indi heç vaxt olmadığı qədər artıb.
Söz yox ki, Azərbaycan strateji müttəfiqi ilə strateji tərəfdaşını barışdıra bilsə, Qarabağ məsələsi bundan yalnız qazana bilər. Ən azı ona görə ki, münaqişənin həlli üçün o zaman xeyli dərəcədə münbit siyasi zəmin və etimad atmosferi yaranacaq, işğalçı Ermənistanın Moskva üçün hərbi-strateji önəmi azalacaq.

Kəsəsi, mövcud şərtlər fonunda Qarabağa dair böyük sülh anlaşması Rusiya-Türkiyə əlaqələrinin bərpasından sonra daha real görünür.

P.S. Yazı hazırlanarkən Ərdoğanın məktubuna Kremlin ilkin reaksiyası bəlli olub. Prezident V.Putin yox, onun köməkçisi Dmitri Peskov deyib ki, Ərdoğanın Putinə ünvanlandığı məktub cavab tələb etmir: "Bu, milli bayramlarla əlaqədar göndərilən ənənəvi protokol məktubudur. Beynəlxalq münasibətlərdə bu adi təcrübədir. Adəti üzrə, belə məktublara cavab verilmir. Həmin məktubda təəssüf ki, məzmun etibarilə başqa məqamlar yox idi”. Qalır Putinin özəl reaksiyası…

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *