Putin Ərdoğanın məktubuna cavab verməyəcək
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktubu ənənəvi protokol göndərişidir. Bu məktuba cavab vermək tələb olunmur.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
“Milli bayramlar münasibəti ilə ənənəvi olaraq belə göndərişlər olur. Bu protokoldur beynəlxalq münasibətlərdə sadə təcrübədir. Təəssüflər olsun ki, bu göndərişdə hansısa digər məzmunlu anlar yox idi”.
D.Peskovun sözlərinə görə, ölkələr arasındakı mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub mübadiləsinin dayandırılması üçün bəhanə olmur:
“Bəzən məktublar gəlir, bəzən gəlmir. Bu, vəziyyətdən asılıdır. Bu il məktub gəldi”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.
Mənbə:> Oxu.Az