Ərdoğan Putinə görüşməyi təklif etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib, lakin Rusiya tərəfindən hələ cavab almayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti “France24” telekanalına müsahibəsində deyib.
“Mən Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-u Parisdə görüşməyi təklif etdim. Lakin qarşı tərəf hələ cavab verməyib”, - Ərdoğan deyib.
Qeyd edək ki, noyabrın 30-da Parisdə iqlim problemləri ilə bağlı beynəlxalq konferensiya başlayacaq.
Fransa prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, artıq 138 dövlət və hökümət başçıası konfransda iştirakını təsdiqləyib.
Mənbə:> Oxu.Az