Ərdoğandan Putinə və Ollanda sərt sözlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ölkələri liderlərinin İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə iştirakını kəskin tənqid edib.
ANS PRESS-ə verilən məlumata görə, Ərdoğan bildirib ki, nə Putinə, nə də Ollanda Ermənistana getməyə dəyməzdi.
Türkiyə prezidenti hesab edir ki, onlar əvvəlcə öz tarixlərindəki qara səhifələr haqqında düşünməlidir:
"Rusiya, Fransa və Almaniya soyqırımı haqqında danışa biləcək son ölkələrdir. Məhz Almaniya iki dünya müharibəsinin yaranmasına səbəb olub. Onların keçmişdəki əməlləri saysız-hesabsız fəlakətlərə gətirib çıxarıb".
Prezident onu da bəyan edib ki, Türkiyə dünyaya sülh mesajı vermək üçün mübarizə apararkən Rusiya, Fransa, Almaniya və Avstriya kimi ölkələr ermənilərin yalanları üzərində inşa edilmiş bir iddiaya dəstək verərək kinin, nifrətin, düşmənçiliyin tərəfində yer aldılar.
Mənbə:> ANSPRESS