Ohanyan Qarabağdadır
Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttindəki müdafiə mövqelərində olub.
Oxu.Az Sputnik Armeniyaya istinadən xəbər verir.
“Səfər zamanı Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Madagis-Talış rayonu ərazisində ön cəbhədə hərbi növbətçiliyin yerinə yetirilməsinə nəzarət edib. Qoşunların hazırlıq məsələsini müzakirə edən nazir hərbi növbə çəkən əsgərlərin sosial-məişət şəraiti ilə tanış olub.
İyunun 5-də Ermənistan müdafiə naziri işgüzar səfər çərçivəsində təmas xəttinin müxtəlif hissələrində olub, komandirlərin məruzələrini dinləyib və hərbi növbətçiliyin həyata keçirilməsi və qoşunların qarşılıqlı fəaliyyətinə dair tapşırıqlar verib”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az