Ağ Evin qarşısında atışma
Ağ Evin qarşısında atışma baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə “CNN” xəbər verib.
Bununla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Ağ Evin bağlanmasına qərar verilib. Hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Atışmanın səbəbləri hazırda naməlumdur. Son anda verilən xəbərə görə, atəş açan şəxs yaxalanıb. ABŞ təhlükəsizlik qüvvələri hazırda hadisənin baş vermə səbəblərini araşdırır. Hadisənin həmçinin terrorla bağlı olub-olmadığı yoxlanılır. Hazırda ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən əhatə olunub. Əraziyə heç kim buraxılmır.
Hazırda prezident Barak Obama “Endryus” hərbi bazasındadır. Bu il martın 29-da Vaşinqtonda ABŞ parlamenti Kapitoli yaxınlığında atışma olub. Bununla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Ağ Ev və parlamentin bağlanmasına qərar verilib.
"Reuters" agentliyi Vaşinqtonda Kapitolidə atəş səsləri eşidildikdən sonra binanın giriş və çıxışının bağlandığını qeyd edilib. Polis Konqressin binasını təxliyyə edib və ərazini əhatəyə alıb. İlkin məlumata görə, atışma Kapitolinin turizm mərkəzində olub. Atəş açan şəxs yaxalanıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.
Mənbə:> ANSPRESS