Xəzər-Bəsrə layihəsi: Azərbaycan Hind okeanına çıxır – FOTO
Son illərdə İstanbul kanalı, Qətər-Ceyhan və İraq-Ceyhan neft və təbii qaz boru xəttləri, Xəzər dənizində TANAP xətti kimi yeni enerji və ticarət yolları bölgədə yeni iqtisadi sahələrin yaranmasına səbəb olub.
Axar.az xəbər verir ki, buna baxmayaraq, Rusiya, Çin, İran, İsrail və Misir əlavə ticarət yolları axtarışındadır.
Dünya ticarətinin 80 faizi dəniz yolu ilə rallaşır. Aralıq dənizi və Qırmızı dəniz üzərindən Hind okeanını birləşdirən Misirin Süveyş Kanalı bu ticarətin 10 faizinə malikdir. Misir ikinci Süveyş kanalı vasitəsi ilə ticarət gəmilərindən əldə etdiyi illik gəliri 13 milyard dollara çatdırmağı hədəfləyir.
İsrail dəhlizi
Aralıq dənizində böyük təbii qaz ehtiyatı olan İsrail Misirdən asılılığı azaltmaq üçün Aralıq dənizidəki Aşdod limanından Qırmızı dənizdəki Eliat limanı arasında ticarət dəhlizi yaratmağı düşünür. 163 kilometr uzunluğundakı Süveyş kanalına alternativ olan bu dəhlizdə yük qatarı və avtomobil yolu inşa ediləcək. Bununla da Aralıq dənizi-Qırmızı dəniz-Hind okeanı arasında yeni bir ticarət yolu yaranmış olacaq.
Çinin Aralıq dənizi planı
Layihənin ümumi dəyərinin 20 milyard olacağı gözlənilir. İsrailin Hind okeanına birbaşa çıxışını təmin edəcək bu layihəni Çin şirkətləri reallaşdıracaq. Bundan başqa Çinin də birbaşa Aralıq dənizinə çıxma imkanı yaranacaq.
Azərbaycan Hind okeanında
1890-cı illərdə rusiyalı mühandislər Xəzər dənizini Bəsrə körfəzi ilə birləşdirən layihə düşünmüşdü. Bu layihə reallaşarsa, Rusiyanın Xəzərdəki donanması ilə Hind okeanı və Aralıq dənizinə çıxma xəyalı gerçək olacaq. Eyni zamanda Xəzər sahili ölkələrin də Hind okeanına çıxışı mümkün olacaq.
Bu plan reallaşarsa, Rusiya dünyanın ən böyük donanması ilə dəniz ticarət yollarını nəzarəti altında tutan ABŞ üçün ciddi rəqib olacaq.
Sakarya Universitetinin professoru Əbubəkr Sofuoğlu Xəzər-Bəsrə kanalının Rusiyaya iqtisadi və hərbi dividentlər qazandıracağını deyib:
“Rusiyanın Hind okeanına çıxması ona böyük bir sahədə üstünlük yaradacaq. Bu, Türkiyənin boğazlarının əhəmiyyətinə təsir etmir. Dünyanın bir nömrəli ticarət yolu Aralıq dənizi olduğundan burada sahil dövləti olmayan ölkələrin 35 döyüş gəmisi dolaşır. Bu proyektlə Rusiyanın “boğaz”' israrı azala bilər və Türkiyə rahat nəfəs alar. Ancaq Rusiya bu kanal üçün davamlı İran ilə yaxşı münasibətini qorumalıdır.
Xəzər-Bəsrə kanalı
Xəzər dənizini Bəsrəyə birləşdirmək layihəsi İran və Rusiya neft və təbii qazını Çin və Hindistana daşıyaraq böyük bir enerji dəhlizi meydana gətirəcək. Layihə həmçinin, Rusiyanı ilk dəfə isti dənizlərə və Hind okeanına endirərək böyük bir hərbi üstünlüyünü təmin etmiş olur. İran və Rusiya 1300 kilometr uzunluğunda su kanalını 7 milyard dollara 2020-ci ilə qədər tamamlamaq niyyətindədir. Beləcə, Şərqi Avropa və Moskvadan Hindistan ticarətinin ürəyi Mumbai arasında 40 gün davam edən yük daşımaları, 14 günə qədər enmiş olacaq.
Mənbə:> Axar.az