Pakistanda partlayışda ölənlərin sayı 72-yə çatdı – FOTO
Lahorada (Pakistanın Pəncab vilayətinin paytaxtı) Gülşən-i-İqbal parkının uşaq meydançasında kamekadze terrorçunun özünü partlatması nəticəsində həlak olanların sayı 72-yə çatdı, daha 300-dən çox adam müxtəlif xəsarətlər alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzetinin saytında məlumat yayılıb.
Partlayış zamanı parkda uşaqları ilə istirahət etməyə gələn ailələr olub, stasionar və mobil postlarda demək olar ki, mühafizəçilər olmayıb.
Bura gələnlərin sayının çox olması Pakistanın xristian əhaisi tərəfindən katolik pasxanın qeyd edilməsi ilə əlaqədar olub. Partlayış uşaq meydançasının bir neçə metrliyində baş verib.
Terror aktına görə, məsuliyyəti “Camaat ul-Əhrar” ekstremist qruplaşması öz üzərinə götürüb. Bu qruplaşma “Təhrik-i-taliban Pakistan” talibanlarının rəhbərliyi altında fəaliyyət göstərir.
Mənbə:> Oxu.Az