Ankarada dəhşət: Ölü sayı 18-ə çatdı » AzNews.info -Xəbər portalı

Ankarada dəhşət: Ölü sayı 18-ə çatdı – VİDEO (YENİLƏNİR)

Ankarada dəhşət: Ölü sayı 18-ə çatdı


Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

AzNews.info - Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***


Aznews.info "CNN Türk"ə istinadən xəbər verir ki, Ankara valiliyindən gələn açıqlamalarda ölənlərin sayın 18, yaralıların 45 olduğu bildirilir.

***


Aznews.info "Reuters"ə istinadən xəbər verir ki, adı açıqlanmayan Türkiyə təhlükəsizlik orqanı rəsmisi Ankaradakı partlayışın arxasında PKK terrorçularının olduğunu bildirir...
Bu arada, Azərbaycana səfərə gələn prezident R.T.Ərdoğan hökümətin fövqəladə iclasını çağırıb.



***

Qardaş Türkiyənin səhiyyə nazirliyindən bildirilir ki, hadisə yerində 20-21 ölü sayısı var, yaralılar 14 müxtəlif xəstəxanada yerləşdirilib. Qan ehtiyyacının olmadığı söylənilir...

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *