Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür

Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür


Azərbaycan ordusu dünyanın ən güclü ordusu reytinqində 64-cü yeri tutub.

Oxu.Az xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.

Qonşu Gürcüstan reytinqdə 75-ci, Ermənistan isə 74-cü pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə.

Son yerlərdə Mozambik, Mali və Somalinin Silahlı Qüvvələri qərarlaşıb.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Hesablamalar nəticəsində ordu, onun imkanlarını əks etdirən (Power index və ya PwrIndex) qiyməti alır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *