Azərbaycan qonşuları ilə pis münasibətdə olan ölkələr reytinqində beşincidir
Azərbaycan qonşuları ilə pis münasibətdə olan ölkələr reytinqində birinci yeri tutub.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat və Sülh İnstitutunun (Institute for Economics and Peace) apardığı araşdırmalarda göstərildiyini “İndependent” qəzeti bildirib.
Reytinqin müəllifləri ölkələrə 1-dən 5-ə qədər olan qiymətlər veriblər. “5” bal alan ölkələr sırasında: Ukrayna, Rusiya, Şimali Koreya, Livan, Azərbaycan olub. Qəzetdə qeyd edilib ki, Rusiya 2014-cü ildə Krımın birləşdirilməsinə və Ukraynada münaqişənin sərhədləri aşacağı təhlükəsinə görə, üçüncü yeri tutub.
11 ölkə: Cənubi Sudan, Somali, Sudan, Pakistan, Liviya, Cənubi Koreya, İsrail, İran, Eritreya, Mərkəzi Afrika Respublikası və Ermənistan 4 xal toplayıb.
Qeyd edək ki, Azərbaycanın Ermənistandan başqa heç bir qonşu dövlət ilə problemi yoxdur. Bu ölkə ilə problem Ermənistanın Dağlıq Qarabağı işğalı nəticəsində meydana gəlib. Azərbaycan digər qonşuları – Türkiyə, Gürcüstan, Rusiya və İran ilə dostluq və tərəfdaşlıq münasibətlərinə malikdir. Bunun üçün də reytinqin obyektivliyi şübhə yaradır.
Mənbə:> Oxu.Az