“GlobalFirepower”: Azərbaycan ordusu regionun ən güclüsüdür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

“GlobalFirepower”: Azərbaycan ordusu regionun ən güclüsüdür

“GlobalFirepower”: Azərbaycan ordusu regionun ən güclüsüdür


“GlobalFirepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, reytinqi tərtib edənlər ölkənin nüvə silahının olub-olmamasına, siyasi-iqtisadi amillərə diqqət etmədiklərini qeyd ediblər.

Həmçinin, dənizə çıxışı olmayan ölkələr üçün Dəniz Donanması faktorunu ciddiyə almaylblar.

Reytinq siyahısına görə, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır – 63-cü yer. Ermənistan ordusu 74, Gürcüstan Silahlı Qüvvələri isə 75-ci yerə layiq bilinib. İran 23-cü yerdədir.

Sırada birinci yer isə ABŞ-a məxsusdur, ikinci yerdə Rusiya qərarlaşıb. 1-ci beşliyə habelə Çin, Hindistan və Böyük Britaniya daxildir.

Bir vaxt dünyanın ən güclü ordularından sayılan İsrail ordusu bu ölkələri - Türkiyə (6-cı yer), Yaponiya, Almaniya, Cənubi Koreya və Fransanı qabaqda buraxaraq, 11-ci pillədə qərarlaşıb.

Sonuncu 126-cı yeri Somali tutub.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *