“NATO müdaxilə edəcək”
Suriyalı miqrantların Avropaya keçidinin qarşısını almaq üçün NATO-ya müraciət ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Almaniya kansleri Angela Merkeli ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında baş nazir bildirib ki, suriyalı miqrantlar mövzusunda NATO-nun müdaxiləsi üçün tövsiyə qərarı verilib.
Mənbə:> Axar.az