NATO Tiflis qərarını bir daha gündəmə gətirdi
NATO Gürcüstanla əməkdaşlığı gücləndirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstan İctimai televiziyasına müsahibəsində deyib.
NATO rəsmisinin sözlərinə görə, Alyans 2014-cü ildə Uels sammitində verilən qərarlar çərçivəsində Gürcüstanla əməkdaşlığı gücləndirəcək.
Xatırladaq ki, NATO 2016-ci ildə Ukrayna, Gürcüstan və Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə bu ölkələrə dəstək veriləcəyini əvvəlcədən də bəyan etmişdi.
Mənbə:> Axar.az