Rusiyanın döyüş gəmisi Türkiyə gəmisini atəşə tutdu
Rusiyanın “Smetlivıy” hərbi gəmisinin ekipajı Egey dənizində Türkiyəyə məxsus gəmi istiqamətində atəş açıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Moskva vaxtı ilə saat 09:03-də “Smetlivıy” gəmisinin mühafizə xidməti 1000 metr məsafədə Türkiyə gəmisinin yaxınlaşdığını görüb. Bütün cəhdlərə baxmayaraq, Türkiyə gəmisi ilə radioəlaqəyə girmək mümkün olmayıb. Onlar həmçinin xüsusi vizual siqnallara - işıq semaforu və siqnal raketlərinə də cavab verməyiblər.
Gəmi Rusiya laynerinə 600 metr məsafədə yaxınlaşdıqda xəbərdarlıq atəşi açılıb.
Bundan sonra Türkiyə gəmisi kursunu dəyişib, lakin yenə də əlaqə siqnallarına cavab verməyib”, - məlumatda qeyd olunur.
Mənbə:> Oxu.Az