Rus döyüş gəmisi Türkiyə sularına daxil oldu
Rusiya donanmasına məxsus döyüş gəmisi Türkiyə sularına daxil olaraq Çanaqqala boğazından keçib.
Axar.az xəbər verir ki, 156 bort nömrəli “Yamal” adlı gəmi boğazdan keçərək Egey dənizi istiqamətində hərəkət edib.
Gəminin Suriya sahillərinə getdiyi təxmin edilir.
Mənbə:> Axar.az