DSX-in yeni döyüş gəmisi Vətənə xidmətə başladı
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S-201 №-li sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 7-də gəmiyə baxış keçirib.
Mənbə:> Oxu.Az