Türkiyə gəmisini vuranlar danışdı
Liviya sularında Türkiyə gəmisini vuranlar açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, "TUNA-1" adlı Türkiyənin yük gəmisinin Liviya sahillərində həm qurudan, həm də havadan vurulması ilə bağlı danışan Tobruk limanına nəzarət edən silahlıların sözçusu Məhəmməd Hejazi gəminin Derna şəhərinə yaxınlaşmaması üçün xəbərdarlıq edildiyini deyib.
Onun sözlərinə görə, Türkiyə gəmisinə İŞİD terror təşkilatının nəzarətində olan Derna şəhərinə doğru hərəkət edərkən buraya yaxınlaşmaması haqqında xəbərdarlıq edilib:
"Gəmi Derna sahillərindən 10 mil məsafədə vuruldu. Gəmini Derna limanına yaxınlaşarkən xəbərdar etdik. Bir ekipaj üzvü həyatını itirdi, bir də yaralı var".
"Tuna-1" gəmisinin kapitanı gəmidə 15 nəfərlik ekipaj üzvü olduğunu bildirib. Gəmidə olan heyət üzvlərindən 8-i türk, 6-sı gürcü və 1-i isə Azərbaycan əsilli olub.
Qeyd edək ki, "Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib. Hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü dərəcəli kapitan həlak olub.
Mənbə:> ANSPRESS