Liviya-Türkiyə gərginliyi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Liviya-Türkiyə gərginliyi

Liviya-Türkiyə gərginliyi


Liviya hökuməti Türkiyə ilə bütün münasibətlərini dayandırıb.

ANS PRESS-in məlumatına görə, Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış baş naziri Abdullah al-Thinni deyib.

O, Türkiyəni rəqib qruplaşmaya silahlar göndərməklə liviyalıların bir-birini qırması üçün şərait yaratmaqda günahlandırıb: "Ankara hazırda Tripoli hökumətinə hərbi dəstək göstərir. Liviyanın onun nəzarətində olan hissəsində Ankaraya heç bir imkan verilməyəcək."

Hazırda Liviyada iki hökumət mövcuddur. Onlardan biri ölkənin şərqini idarə edən Thinni hökuməti, digəri isə paytaxt Tripolidə hakimiyyəti ələ almış Liviyanın Sübhü qruplaşmasıdır.

Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tanju Bilgic bu iddiaları rədd edib: "Thinni boş və əsassız iddialar etməkdənsə, BMT-nin hazırda davam edən danışıqlar prosesini dəstəkləməsi daha məsləhətdir."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *