İran cümə namazında Rusiyaya dua etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

İran cümə namazında Rusiyaya dua etdi – FOTO

İran cümə namazında Rusiyaya dua etdi


İranın paytaxtı Tehranda eyni adlı universitetin məscidində qılınan cümə namazında Rusiya üçün dua edilib. ANS PRESS-in məlumatına görə, cümə xütbəsini oxuyan Xamneyinin təmsilçisi Ayətullah Muvahhidi Kirmani İŞİD-i məğlub edə bilməsi üçün Rusiyaya dua edib.

“Allahu Tala İnşallah İŞİD-i məhv etməsi üçün Rusiyaya daha çox uğurlar ehsan etsin. Bu əməliyyatlardan sonra Suriyanın vəziyyəti yaxşılaşıb. Bir milyondan çox suriyalı qaçqın Rusiyanın hava əməliyyatlarından sonra öz torpaqlarına qayıdıblar.”

İran cümə namazında Rusiyaya dua etdi


Kirmani Türkiyə ilə Rusiya arasında baş vermiş təyyarə qalmaqalını da şərh edib.

“Ümid edirəm ki, Rusiya ilə Türkiyə arasında yaşanan hadisədə tərəflər daha ağıllı addım atacaqlar və vəziyyət yaxşılaşacaq. Hər iki tərəfin soyuqqanlı olmağını arzulayırıq.”

Kirmani həmçinin, ötən həftə İranda keüçirilən “Qaz İxrac Edən Ölkələrin Formu”nda iştirak edən ölkə nümayəndələrinin, xüsusilə də Rusiya prezidenti Vladimir Putinin ali dini lider Əli Xamneyiyə heyran qaldığını bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *